MSK hakim Yeni Azərbaycan Partiyasından 19 nəfərin namizədliyini təsdiqləyib Mərkəzi Seçki Komissiyası bu il noyabrın 1-də keçiriləcək parlament seçkilərində deputatlığa namizəd olan şəxslərdən 48-nin namizədliyini qeydə alıb.
Lent.az-ın məlumatına görə, MSK Yeni Azərbaycan Partiyasından (YAP) 19, Böyük Quruluş Pariyasından (BQP) 3 , Ümid Partiyasından 2, Vətəndaş Həmrəyliyi Pariyası (VHP) Və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasından ( BAXCP) 1 nəfərin namizədliyini təsdiqləyib.Namizədliyi qeydə alınan digər 22 nəfər isə seçkilərə bitərəf kimi qoşulan şəxslərdir.