Şahbaz Şərif: Pakistan və Türkiyə bir bədəndə döyünən iki ürək kimidir

Şahbaz Şərif: Pakistan və Türkiyə bir bədəndə döyünən iki ürək kimidir backend

Pakistanın Baş naziri Şahbaz Şərif Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak etmək üçün gəldiyi Ankarada vacib mesajlar verib.

Qaziler.az AA-ya istinadla xəbər verir ki, türk xalqını Ərdoğanın yenidən prezident seçilməyindən dolayı təbrik edən Şərif bunun mükəmməl seçim olduğunu qeyd edib:

“Qardaşım, xalqa xidmətə sadiq, uzaqgörən bir lider olan prezident Ərdoğanla çox yaxından işləyəcəyik. Ümid edirəm ki, qardaşlıq, barışıq, iqtisadi əməkdaşlıq baxımından əlaqələrimizi daha yüksək səviyyəyə çatdıracağıq. Ölkələrimiz bir bədəndə eyni vaxtda döyünən iki ürək kimidir. Fərqli dillərdə danışsaq da, bir-birimizi könüldən başa düşə bilirik. Düşünürəm ki, bu əladır”.

QAZİLER.AZ

Diaspora