"Stratejik düşünsək, Qarabağda 20-30 min erməninin yaşaması hər baxımdan bizə faydalıdır".
Qaziler.az xəbər verir ki, bu fikirlər politoloq Nazim Cəfərsoya məxsusdur. Amma siyasi şərhçi bu məsələdə digər məqama da toxunub:
"İnsan hüquqları və bərabər vətəndaşlıq normlarına uyğun dövlət, birlikdə yaşama mədəniyyətinə malik mədəni Azərbaycan xalqı və Qafqazda normallaşma kimi üstünlükləri var.
Ancaq bir məqam daha var. Qarabağda bir arada yaşamanın məntiqi sonucu Ermənistanda da birlikdə yaşamaqdır! Bu da ən az 300-400 min azərbaycanlının Ermənistana gedib-gəlməsi və hüquqlarına, yəni torpaqlarına sahip çıxması deməkdir.
Demoqrafik olaraq, Ermənistanın Azərbaycana bu coğrafyada üstünlük qurması mümkün deyil".
QAZİLER.AZ