“Seçkiyə müşahidəçi göndərməklə bağlı hələ qərar verilməyib“ - ATƏT PA

“Seçkiyə müşahidəçi göndərməklə bağlı hələ qərar verilməyib“ - ATƏT PA backend

ATƏT Parlament Assambleyası (PA) noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərini izləyib-izləməyəcəyi ilə bağlı hələ qərar verməyib. Bu barədə APA-ya ATƏT PA-nın kommunikasiya direktoru Riçard Solaş bildirib. Onun sözlərinə görə, hələlik yekun qərar verilməyib: “Qərar yayımlanacaq press-relizlə açıqlanacaq”.

Qeyd edək ki, ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Azərbaycan keçiriləcək parlament seçkilərini müşahidə etməyəcəyini bəyan edib.

Seçkilər noyabrın 1-də keçiriləcək.
Diaspora