Beşli formatın da uğur qazanacağını söyləmək çətindir - Elxan Şahinoğlu

Beşli formatın da uğur qazanacağını söyləmək çətindir -  Elxan Şahinoğlu backend

Azərbaycan-Ermənistan danışıqlarıyla bağlı beşli formatın da uğur qazanacağını söyləmək çətindir, sadəcə Fransa və Almaniya bu format vasitəsilə “danışıqlarda biz də varıq” demək istəyirlər.

Qaziler.az bildirir ki, bunu politoloq Elxan Şahinoğlu iyunun 1-də Kişineuda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts və Fransa Respublikasının Prezidenti Emmanuel Makron arasında qeyri-rəsmi görüşü ilə bağlı öz feysbuk səhifəsində yazıb.

"Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ilk dəfə beşli format (Azərbaycan, Ermənistan, Avropa İttifaqı, Fransa və Almaniya) çərçivəsində müzakirə apardılar. Almaniya kansleri Olaf Şolts ilk dəfə kollektiv müzakirədə iştirak etdi. Bu il oktyabrın 5-də İspaniyada keçiriləcək 3-cü Avropa Siyasi Birliyi sammiti çərçivəsində Azərbaycan, Ermənistan, Almaniya, Fransa və Avropa İttifaqının liderlərinin daha bir beştərəfli görüşü keçiriləcək. Bu format müharibədən əvvəl Rusiya-Ukrayna gərginliyi ilə bağlı yaradılan Normand formatına (Rusiya, Ukrayna, Fransa və Almaniya) bənzəyir. Normand formatı işə yaramadı və dağıldı. Azərbaycan-Ermənistan danışıqlarıyla bağlı beşli fotmatın da uğur qazanacağını söyləmək çətindir, sadəcə Fransa və Almaniya bu format vasitəsilə “danışıqlarda biz də varıq” demək istəyirlər. Moskva, Vaşinqton, Brüssel fotmatına Fransa və Almaniyanın iştirakıyla “beşli format” da əlavə olundu", - politoloq bildirib.

QAZİLER.AZ

Diaspora