Selahattin Demirtaş seçkidə uğursuzluğu etiraf edib böyük siyasətdən getdi - FOTO

Selahattin Demirtaş seçkidə uğursuzluğu etiraf edib böyük siyasətdən getdi -  FOTO backend

Türkiyənin Edirne həbsxanasında saxlanılan Xalqların Demokratik Partiyasının (HDP) sabiq həmsədri Selahattin Demirtaş aktiv siyasətdən çəkildiyini açıqlayıb.

Bu barədə o, özünün “Twitter” hesabında paylaşım edib.

Demirtaş xalqa layiq siyasət ortaya qoya bilmədiyinə görə öz adından səmimi qəlbdən üzr istədiyini bildirib.

“Söz verirəm ki, əməli səylərimlə bu nöqsanları düzəldəcəyəm. Mənə ünvanlanan konstruktiv tənqidlərə də təşəkkür edirəm. Tənqidlərdən yararlanmağa çalışacağam”, - deyə o əlavə edib.

Diaspora