Dostluğumuz və əməkdaşlığımız daimi olsun - Deputat

Dostluğumuz və əməkdaşlığımız daimi olsun - Deputat backend

İsrail Prezidentinin Azərbaycana səfəri yalnız siyasi deyil, eyni zamanda iqtisadi-starteji münasibətlərin inkişafı baxımdan da vacibdir.

Qaziler.az bildirir ki, İsrail Dövlətinin Prezidenti İshaq Hersoq mayın 30-da Azərbaycan Respublikasına rəsmi səfəri ilə bağlı  Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov öz feysbuk səhifəsində yazıb. 

"Qeyd etmək lazımdır ki, son illər iki ölkə arasındakı iqtisadi əlaqələrin də güclənməsi müşahidə olunur. İsrailin Azərbaycanın haqq işinə dəstək olan dövlətlərdən olduğunu nəzərə aldıqda bu münasibətlərin dərinləşməsi üçün hər zaman geniş imkanlar olub.

Ötən il iki ölkə arasındakı ticarət dövriyyəsi 85.0 faiz artaraq 1 milyard 718 milyon dollara çatıb. Son iki ildə ölkələr arasında ticarət dövriyyəsi 3.7 dəfə artıb".

İsrail Vətən Müharibəsində Azərbaycanın haqq işinə dəstək olan ölkələrdən olduğunu xatırladan deputat: "Strateji tərəfdaşlığımız müharibədən sonrakı, quruculuq mərhələsində də davam edir. Dostluğumuz və əməkdaşlığımız daimi olsun", - deyə qeyd edib.

QAZİLER.AZ

Diaspora