İsrail Prezidenti Azərbaycana rəsmi səfərə gəlib - Yenilənib

İsrail Prezidenti Azərbaycana rəsmi səfərə gəlib - Yenilənib backend

İsrail Dövlətinin Prezidenti İsxaq Hersoq mayın 30-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

"Report" xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

İsrail Prezidenti İsxaq Hersoqu və xanımı Mixal Hersoqu Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşılayıblar.

 

*****

09:46

İsrail Prezidenti İsaak Herzoq Azərbaycana səfərə yola düşüb.

İsrail Prezidenti bu barədə tviterdəki hesabında yazıb.

O, bunun mühüm dövlət səfəri olduğunu qeyd edib. İsaak Herzoq səmimi dəvətə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

“Azərbaycan mühüm ölkədir və əminəm ki, mənim səfərim əməkdaşlığın dərinləşməsinə yol açacaq. Biz ümumi yeni imkanları və çağırışları da bölüşürük”, - İsrail Prezidenti qeyd edib.

Diaspora