Prezident İlham Əliyev efiopiyalı həmkarını təbrik edib

Prezident İlham Əliyev efiopiyalı həmkarını təbrik edib backend

Prezident İlham Əliyev Efiopiya Federativ Demokratik Respublikasının Prezidenti xanım Sahle-Vork Zevdeyə təbrik məktubu ünvanlayıb.

President.az-ın məlumatına görə, məktubda deyilir:

“Hörmətli xanım Prezident, Efiopiya Federativ Demokratik Respublikasının milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

İnanıram ki, ölkələrimiz arasındakı ikitərəfli münasibətlər xalqlarımızın mənafeləri naminə bundan sonra da inkişaf edəcək, beynəlxalq təsisatlar çərçivəsində səmərəli əməkdaşlığımız daha da genişlənəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Efiopiya xalqına daim əmin-amanlıq və rifah diləyirəm”.

Diaspora