Ona görə də Moskva görüşü nəticəsiz oldu - Politoloq

Ona görə də Moskva görüşü nəticəsiz oldu -  Politoloq backend

"Moskvada keçirilən üçtərəfli görüşdə yalnız kommunikasiyaların açılması istiqamətində birgə komissiyanın iclasının keçirilməsi razılaşdırıldı. Baş nazirlərinin müavinləri növbəti dəfə görüşəcəklər. Birgə Komusiya ildir ki, təsis edilib. Amma, fəaliyyətində hər hansı bir müsbət dinamika olmayıb. Rusiya məhz razılaşmaların yerinə yetirilməsində maraqlı olmayıb".

Qaziler.az bildir ki, bunu politoloq Məhəmməd Əsədullazadə feysbuk səhifəsində yazıb.

"Moskvada iki məsələ barədə sənəd imzalanması deyilirdi. Amma, heç bir sənəd və bəyannamə qəbul edilmədi.

N.Paşinyanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımasından sonra, Moskva görüşündə Kremlin təklif edəcəyi hər hansı bir təklif qəbul edilməyəcəkdi. Rusiya Qarabağı Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyü kimi qəbul etməsini gözləmirdi. Ona görə də Moskva görüşü nəticəsiz oldu. Bu, Azərbaycanın maraqlarına xidmət etməklə yanaşı, Brüssel formatının uğurlu olacağını göstərir. Rusiyanın Cənubi Qafqaz siyasətini Azərbaycan neytrallaşdıra bilib. Prezident İlham Əliyev Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasına da nail olacaq", - politoloq qeyd edib.

QAZİLER.AZ

Diaspora