Paşinyan Zaxarovaya cavab verib: "O, mənim həmsöhbətim ola bilməz"

Paşinyan Zaxarovaya cavab verib:  "O, mənim həmsöhbətim ola bilməz" backend

"Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi həmsöhbətim ola bilməz, mənim həmsöhbətlərim Rusiya Federasiyasının Prezidenti və Baş naziridir".

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu sözləri parlamentdə Ermənistan Baş naziri Nikol Paşinyan Rusiyanın Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarovaya cavabında deyib.

“Hörmətli və dost Rusiyanın Xarici İşlər Nazirliyinin nümayəndəsi mənim sözlərimi şərh edə bilməz, o, yalnız onları nəzərə ala bilər”, - deyə Baş nazir Mariya Zaxarovanın onun KTMT barədə səsləndirdiyi fikirləri şərh etməsinə cavab olaraq bildirib.

Diaspora