Rusiyadan Paşinyanın "Qarabağ Azərbaycandır!" açıqlamasına REAKSİYA

Rusiyadan Paşinyanın "Qarabağ Azərbaycandır!" açıqlamasına  REAKSİYA backend

Rusiya xarici işlər nazirliyi Paşinyanın Qarabağı Azərbaycanın bir hissəsi olaraq tanımağa hazır olduğu ilə bağlı sözlərinə münasibət bildirib.

Trend çərşənbə günü TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova deyib.

"Moskva Paşinyanın Qarabağı Azərbaycanın bir hissəsi olaraq tanımağa hazır olduğu ilə bağlı bəyanatını onun 2022-ci ildəki mövqeyinin təsdiqi olaraq nəzərdən keçirir", - Zaxarova deyib.

Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyan son bir ayda artıq üçüncü dəfə “Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa hazırdır” bəyanatı ilə bu və digər şəkildə "Qarabağ Azərbaycandır!" etirafını edib.

Diaspora