“Ərdoğan və Putin öz sözlərinə sadiqdirlər. Ən əsası, onlar qarşılıqlı faydalı ikitərəfli münasibətlərin konkret məsələləri ilə məşğul olurlar”.
Qaziler.az Türkiyə KİV-ə istinadla xəbər verir ki, bunu Peskov paytaxt Moskvada Türkiyə ilə Rusiya münasibətləri ilə bağlı qiymətləndirmələr edərkən deyib.
Ərdoğan və Putinin populizmlə məşğul olmadıqlarını vurğulayan Peskov, “Putin və Ərdoğan böyük siyasi təcrübəyə malik çox ciddi siyasi fiqurlardır” deyib.
QAZİLER.AZ