"Paşinyan Qarabağı Azərbaycan ərazisi kimi tanıyan sülh sazişinə imza atarsa Ruben Vardanyan nə edə bilər?"
Qaziler.az xəbər verir ki, politoloq Elxan Şahinoğlu paylaşımında bu sualın cavabını qısa şəkildə bu cür izah edib:
"Qarabağ separatçılarının başında dayanan Araik Arutunyan susarkən Ermənistanın baş naziri Nikol Paşinyanı Ruben Vardanyan hədələyib. Paşinyan Qarabağı Azərbaycan ərazisi kimi tanıyan sülh sazişinə imza atarsa Ruben Vardanyan nə edə bilər? Heç nə. Kreml zamanında Vardanyanı Qarabağa ona görə göndərdi ki, o bir müddət sonra Araik Arutunyanın yerinə keçsin. Kremlin sonrakı planı Vardanyanı Ermənistana transfer etmək və onu hakimiyyətdən uzaqlaşdırılacaq Paşinyanın kreslosunda oturtmaq idi. Kremlin heç bir planı reallaşmadı. Çünki Ruben Vardanyanın ermənilər içərisində nüfuzu aşağı olduğundan ona dəstək azdır. Bu Kremlin Vardanyandan əlini üzməsiylə nəticələndi. Vardanyanın Qarabağda yaratdığı “hərəkat”ın da elə bir gücü yoxdur. Odur ki, Vardanyanın Paşinyana barmaq silkələməsi Ermənistanın baş naziri üçün təhlükəli deyil".
QAZİLER.AZ