İran müxalifəti Güney Azərbaycan məsələsində Tehran rejimi ilə eyni mövqedən çıxış edir - Politoloq

İran müxalifəti Güney Azərbaycan məsələsində Tehran rejimi ilə eyni mövqedən çıxış edir - Politoloq backend

Günaz TV rəhbəri və Güney Azərbaycanın siyasi hərəkatının önəmli şəxslərindən biri Əhməd Obalının ABŞ -da terrora məruz qalması, Güney Azərbaycanda əsasən, milli oyanışın qarşısını alınmasına hesablanıb.

Qaziler.az bildirir ki, bunu politoloq Məhəmməd Əsədullazadə öz feysbuk hesabında yazıb.

"İranın Azərbaycana qarşı hibrid və hərbi təhdidləri fonunda Əhməd Obali və rəhbərlik etdiyi televiziya kanalı ciddi bir mövqe ortaya qoymuşdur. Bu televiziyanın fəaliyyəti informasiya cəbhəsində xüsusi rola malikdir. Həmçinin Əhməd Obalinin Bakıda olmasi və proseslərdə aktivliyi ona qarşı belə bir terrora məruz qalmasına gətirib çıxardı.

Əhməd Obali Güney Azərbaycanda milli azadlıq hərəkatının formalaşmasına və Azərbaycana qarşı İranın informasiya müharibəsində yer alırdı. Onun vəhşicəsinə döyülməsi əsasən, güneyli fəallara da mesaj xarakteridir. Əhməd Obalıya qarşı terrorun arxasında ABŞ -da yaşayan İran müxalifətininin nümayəndələrinin əli olması istisna deyil. Çünki, İran müxalifəti Güney Azərbaycan məsələsində Tehran rejimi ilə eyni mövqedən çıxış edir".

QAZİLER.AZ

 

Diaspora