İtaliyanın baş naziri "G7" sammitindən vaxtında əvvəl qayıtdığını açıqlayıb

İtaliyanın baş naziri "G7" sammitindən vaxtında əvvəl qayıtdığını açıqlayıb backend

İtaliyanın baş naziri Corca Meloni ölkəsindəki daşqın səbəbindən "G7" ölkələrinin liderlərinin zirvə toplantısından İtaliyaya vaxtından əvvəl qayıtdığını açıqladı.

QAZİLER.AZ  Trend-ə istinadən bildirir ki,  bu barədə baş nazir mətbuat konfransı zamanı deyib.

"Vicdanım məni bu çətin anlara qaytarmağa məcbur edir. Mənə mayın 23-də Nazirlər Şurasının iclasını daha yaxşı hazırlamaq üçün vaxt lazımdır, bu iclasda zərər çəkmiş ərazilərə dəstək üçün tədbirlər görüləcək".

Emiliya-Romanyada daşqınlar nəticəsində azı 14 nəfər həlak olub. Son məlumatlara görə, təxminən 37 min insan təxliyə edilib.

 

 

Diaspora