Azərbaycandakı Türkiyə vətəndaşları üçün səsvermə başladı - FOTO

Azərbaycandakı Türkiyə vətəndaşları üçün səsvermə başladı - FOTO backend

Azərbaycandakı Türkiyə vətəndaşlarının ikinci tur prezident seçkiləri üzrə səsverməsi başlayıb.

QAZİLER. AZ  Lent.az-a istinadən  xəbər verir ki, səsvermə səhər saat 08:00-da başlayıb və 22:00-da başa çatacaq. Türkiyə vətəndaşları öz seçimini etmək üçün səfirliyə gəlib.

Səfirliyin məlumatına əsasən, Türkiyədən kənarda daimi və ya müvəqqəti yaşayan, səsvermə hüququna malik vətəndaşların Azərbaycanda səs verə bilməsi üçün hazırlıqlar başa çatıb.

Ermənilər yaralılarının sayını AÇIQLADI11 Azərbaycan vətəndaşı Suriyadan qaytarıldıPrezidentdən 9 May Qələbə günü ilə bağlı PAYLAŞIM

Qeyd edək ki, Türkiyədəki prezident seçkilərinin ikinci turu üçün Azərbaycanda səsvermə 20-22 may tarixlərində keçiriləcək. Səsvermə prosesi Bakıdakı səfirliklə yanaşı, Gəncə və Naxçıvandakı Baş konsulluqların binalarında baş tutacaq. Seçkilərinin ikinci turu üçün səfirlikdə səsvermə prosesinin başlayacağı 20 may tarixində 4, mayın 21-də 4, mayın 22-də isə 1 qutu qoyulacaq.

Xatırladaq ki, ilk tur prezident və parlament seçkiləri üçün Azərbaycanda yaşayan Türkiyə vətəndaşlarının səverməsi 5-7 may tarixlərində baş tutub. Prezident seçkilərində heç bir namizəd 50 %-dən çox səs toplamadığı üçün seçilmək hüququ qazanmayıb və 28 may tarixində Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək.

 

 

Diaspora