Ərdoğan Qərbin Rusiya əleyhinə sanksiyalarından İMTİNA EDİB

Ərdoğan Qərbin Rusiya əleyhinə sanksiyalarından  İMTİNA EDİB backend

“Türkiyə Qərbin bütün tələblərini, o cümlədən Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi tələblərini yerinə yetirməyi planlaşdırmır”.

Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu sözləri prezident Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən tədbirdə çıxışı zamanı deyib. Onun sözlərinə görə, müxalifətdən prezidentliyə namizəd Kamal Kılıçdaroğlu Moskvaya hücum edərək səhvə yol verib.

Xatırladılıb ki, bundan əvvəl Kılıçdaroğlu Rusiya Federasiyasının Türkiyədəki seçkilərə müdaxilə etdiyini açıqlayıb. Buna cavab olaraq Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Moskvanın digər dövlətlərin daxili siyasətinə və seçki proseslərinə qarışmadığını bildirib. Ərdoğan da öz növbəsində rəqibini utanmağa çağırıb:

“Müxalifət Türkiyənin digər ölkələrlə münasibətlərini yenidən quracağını deyir. Bir tərəfdən Rusiya Federasiyasına hücum edirsiniz, digər tərəfdən münasibətləri yenidən quracağınızı deyirsiniz. Rusiya Federasiyası Prezidentinin nümayəndəsi nə dedi? "Bunu sübut edin!" Zəhmət olmasa, sübut edin. Amma əslində onların heç nələri yoxdur. Niyə? Çünki bu yolla gedən bir siyasətçinin bu cür nöqsanlara yol verməsi qəbuledilməzdir”, - Türkiyə lideri bildirib.

QAZİLER.AZ

Diaspora