Moskvada Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşü başa çatıb - YENİLƏNİB

Moskvada Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşü başa çatıb -  YENİLƏNİB backend

Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan arasında ikitərəfli görüş başa çatıb.

“Report”un Rusiya bürosu məlumat verir ki, nazirlər arasında danışıqlar yekunlaşıb.

13:22

Moskvada Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla rusiyalı həmkarı Sergey Lavrov arasında görüş başlayıb.

“Report”un Rusiya bürosunun xəbərinə görə, tərəflər Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələsini müzakirə edirlər.

Bu gün Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Rusiyanın XİN başçısı Sergey Lavrov və ermənistanlı həmkarı Ararat Mirzoyanın iştirakı ilə üçtərəfli görüşün keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, S.Lavrov A.Mirzoyandan əvvəl Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.

Diaspora