Türkiyədə keçirilən 14 may seçkiləri ilə bağlı Avropadan bir-birinin ardınca şərhlər gəlməkdə davam edir. Belə ki, Avropa Birliyi və Almaniyadan sonra İtaliyadan daha bir açıqlama gəlib.
Qaziler.az AA-ya istinadla xəbər verir ki, İtaliyanın xarici işlər naziri Antonio Tajani seçkilərin nəticələri ilə bağlı “Il Messaggero” qəzetinə müsahibəsində türk xalqının iradəsinə hörmət etdiklərini bildirib:
“Türkiyə NATO və Aralıq dənizində sabitliyin əsas oyunçularından biridir”.
Ukraynadan taxıl məhsullarının Qara dəniz vasitəsilə dünya bazarlarına çıxarılmasını təmin edən Ankaranın imzaladığı müqaviləni dəyərləndirən Tajani bunun dünyada sülhün və Afrikada sabitlik üçün əhəmiyyətini vurğulayıb.
Ərzaq məhsulları və taxıl çatışmazlığının Afrikadan Avropaya böyük bir köç dalğasına səbəb ola biləcəyi xəbərdarlığını edən Tajani, taxıl müqaviləsinin davam etdirilməsinin vacibliyini bildirib:
"Türkiyənin müstəqil vasitəçilik səylərinə güvənirik".
QAZİLER.AZ