Dövlət Baxçalı seçkinin nəticələrini dəyərləndirdi

Dövlət Baxçalı seçkinin nəticələrini  dəyərləndirdi backend

“Türk milləti 28 May 2023-cü il prezident seçkilərində sabitliyə, müstəqilliyə və istiqlala dəstək verəcək".

Qaziler.az Türkiyə KİV-ə istinadla xəbər verir ki, bu fikirləri Cumhur İttifaqının dəstəkçisi, MHP lideri Dövlət Baxçalı seçkinin nəticələrini dəyərləndirərək deyib. O, 14 may seçkilərində millətin iradə azadlığına sahib çıxdığını ifadə edib, həmçinin partiyasının böyük uğur qazandığını vurğulayıb:

“Türk milləti bütün dünyaya demokratiya dərsi verdi. Haqsız iddialar, nalayiq eyhamlar, əsassız ittihamlar boşluğa düşdü. Əziz xalqımız iradə azadlığını qorudu. Seçkilər şəffaf, dürüst və hüquqi çərçivədə keçirildi. Türkiyənin qabaqcıl və yüksək demokratiya standartlarına çatdığı, tərəfsiz və qərəzsiz olan hər kəslə ittifaqa getdiyi bir həqiqət kimi şöhrət qazanmışdır”.

QAZİLER.AZ

Diaspora