Türkiyədə prezident seçkisinin ikinci turu üçün bülletenlərin forması açıqlanıb.
Ali Seçki Şurasından (YSK) bildirilib ki, əvvəlki qaydada sənədlərdə birinci Ərdoğanın adı yazılacaq.
Həmçinin, qurumdan prezident seçkinin ikinci turunun təqvimi də açıqlanıb.
Məlumata görə, ikinci tur üçün namizədlərin təbliğat kampaniyası mayın 16-da başlayacaq. Mayın 20-dən 24-dək gömrük-keçid məntəqələrində və xarici ölkələrdə səsvermə baş tutacaq. Ayın 27-də təbliğat başa çatacaq, ertəsi gün isə səsvermə keçiriləcək.
Seçkinin müvəqqəti nəticələri mayın 29-da, yekun nəticələri isə iyunun 1-də məlum olacaq.