Biz HDP-nin ortağımız olduğunu açıq-aşkar formada söyləyirik.
QAZİLER.AZ Axar.az-a istinadən xəbər verir ki, bunu CHP-nin İstanbul üzrə millət vəkili İbrahim Kaboğlu Fransa mediasına açıqlamasında deyib.
Konstitusiya islahatı müddətində "HDP ilə danışıqlar olacaqmı" sualına Kaboğlu “Əlbəttə, çünki HDP mərkəzi partiya olacaq” deyə cavab verib:
“Onlarla artıq mühüm əlaqələrimiz var. Hətta Maral Akşənər (sağçı İYİ Partiyasının sədri - red.) də bunun fərqindədir”.