Ağ Ev: Bayden G7 liderlərinin zirvə görüşündə iştirak edəcək

Ağ Ev: Bayden G7 liderlərinin zirvə görüşündə iştirak edəcək backend

ABŞ prezidenti Co Bayden, ABŞ-ın potensial federal defolt ətrafında vəziyyətə baxmayaraq, Xirosimada keçiriləcək G7 liderlərinin zirvə görüşündə iştirak edəcək.

QAZİLER.AZ  APA-ya istinadən verdiyi məlumata görə, bu barədə cümə günü keçirdiyi növbəti brifinqdə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer bildirib.

“Prezident mayın 18-21-də keçiriləcək Yeddilik Qrupu (G7) ölkələrinin liderlərinin sammitində iştirak etmək üçün çərşənbə günü Yaponiyanın Xirosima şəhərinə gedəcək. Prezident və G7 liderləri Ukraynaya yardımı, ərzaq və iqlim böhranları, təhlükəsiz və inklüziv iqtisadi artım və bizim və digər aktual məsələləri müzakirə edəcəklər”- Karin Jan-Pyer əlavə edib.

 

 

 

 

Diaspora