Azər Badamov: Ermənistan təxribatlar törətməklə Azərbaycanla sülh danışıqlarına hazır olmadığını göstərir

Azər Badamov: Ermənistan təxribatlar törətməklə Azərbaycanla sülh danışıqlarına hazır olmadığını göstərir backend

Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini atəşə tutaraq vəziyyəti qəsdən gərginləşdirilməsi Ermənistanın hazırladığı təxribat planının tərkib hissəsidir.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Azər Badamov bildirib.

Azər Badamov deyib ki, Brüssel görüşü öncəsi belə bir təxribatı törətməklə Ermənistan Azərbaycanla sülh danışıqlarına hazır olmadığını nümayiş etdirdi: “Həm də ABŞ-da keçirilən 4 günlük danışıqlarda Ermənistan küncə sıxılmış vəziyyətə düşmüş və bir çox məsələlərdə Azərbaycanla razılaşmağa məcbur olmuşdu. ABŞ görüşündən sonra Paşinyan işğal altında saxladıqları Azərbaycanın kəndlərini qaytarmağa hazır olduğunu da bildirdi. Ondan əvvəl isə Praqda və Soçidə keçirilən görüşlərdə Ermənistanın Baş naziri Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və 1991-ci ildə imzalanmış Alma-Ata Bəyannaməsinə uyğun sərhədlərin müəyyənləşdirilməsinə razı olduğunu bildirmişdi. Paşinyanın Azərbaycanla müəyyən məsələlərdə razılaşması həm onun havadarları tərəfindən, həm də ölkə müxalifəti tərəfindən təpki ilə qarşılanmışdı. Paşinyan bu təxribat planını reallaşdırmaqla ölkələrimiz arasında razılaşdırılmış məsələlərinin qüvvəsini itirdiyini bildirdi. Yəni əvvəl bəyan etdiyi Azərbaycanın ərazisi bütövlüyünü tanıması ilə bağlı dediyi fikirləri də geri çəkdiyini bildirdi. Paşinyan bununla ona qarşı olan qüvvələri sakitləşdirəcəyini düşünür. Paşinyanın vəziyyəti düşünülmüş şəkildə gərginləşdirməklə Brüsseldə keçiriləcək görüşün mənasızlaşdığını və orda hər hansı bir məsələ ilə bağlı razı olmayacağını ifadə etdi. Təbii ki, Ermənistanın törətdiyi bütün təxribatların qarşısı çox ciddi şəkildə cavab verməklə alınır”.

Deputatın sözlərinə görə, Ermənistana gün kimi aydındır ki, döyüş meydanında Azərbaycanın Müzəffər Ordusu ilə heç vaxt qarşı-qarşıya gələ bilməzlər: “Amma düşünülmüş şəkildə vəziyyəti gərginləşdirməsinin məqsədi birmənalı olaraq sülh müqaviləsinin imzalanması prosesini arxa plana atmağa cəhddən başqa bir şey deyil. Dünyada sülh müqaviləsi imzalamadan yaşayan ölkələr çoxdur. Ermənistan əgər sülhü istəmirsə, o da sülh imzalamayan ölkələrdən biri olacaq. Bu da Ermənistanın uzun müddət dalanda qalması və forpost dövlət kimi sürünməyinə davam etməsi deməkdir”.

 

 

Diaspora