Sərhəddəki son təxribatların təsadüf olmadığına dair ciddi şübhələr var - Görüşün şərhi

Sərhəddəki son təxribatların təsadüf olmadığına dair ciddi şübhələr var - Görüşün şərhi backend

"Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və İqor Xovayev sülh sazişi üzrə danışıqlar barədə fikir mübadiləsi aparıblar".

Qaziler.az bildirir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu feysbukda paylaşıb:

"Azərbaycan prezidenti İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşiyanla Brüssel görüşünə iki gün qalmış Kreml öz emissarını Bakıya və İrəvana göndərib. Rusiya xarici işlər nazirinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayev əvvəlcə Bakıya gəlib. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və İqor Xovayev sülh sazişi üzrə danışıqlar barədə fikir mübadiləsi aparıblar. İqor Xovayevi bölgəyə göndərənlərin məqsədi tərəflərin Brüssel və Kişinyovda hansı razılaşmalar əldə edilə biləcəyini ilk mənbədən öyrənməkdir. Kreml açıq-aşkar Azərbaycan və Ermənistan liderlərinin Brüssel və Kişinyov görüşlərindən narahatdır, bu mənada sərhəddəki son təxribatların təsadüf olmadığına dair ciddi şübhələr var".

QAZİLER.AZ

Diaspora