Ümid edirik ki, Heidi Künün bu humanitar addımından sonra...- Rey Kərimoğlu

Ümid edirik ki, Heidi Künün bu humanitar addımından sonra...- Rey Kərimoğlu backend

“Dünya Ərzaq Mükafatı”nın sahibi olan “Sülhün Kökləri” (“Roots of Peace”) təşkilatının rəhbəri Heidi Kuhn aldığı pul mükafatını işğaldan azad edilmiş ərazilərimizin minalardan təmizləməsinə dəstək üçün hədiyyə edib.

Qaziler.az xəbər verir ki, bu barədə bu gün onun "Canlanan torpaq" kitabının təqdimat mərasimində bildirilib.

Mərasimdə iştirak edən Azərbaycan minalardan Zərərçəkənlər Assosasiyasının rəhbəri Rey Kərimoğlu Qaziler.az-a bildirib ki, 2020 ci ildən bəri əsas beynəlxlaq donorlar Azərbaycanda minatəmizləmə işinə ciddi vəsait ayırmırdı.

"Dəyərli Umud Mirzəyevin dəvəti ilə Azərbaycanda səfərdə olan “Sülhün Kökləri” təşkilatının rəhbəri Heidi Kühn “Dünya Ərzaq Mükafatı” laureatına layiq görülüb. O, aldığı mükafata görə 250 min dollar alacaq. Dünən gecə elan etdi ki, bu vəsaiti Azərbaycanda mina təmizləmə işinə sərf edəcək. Və dünyadakı əsas donorlara çağırış etdi ki, Azərbaycanda mina təmizləmə işinə ciddi dəstək olsunlar. Ümid edirik ki, Heidi Künün bu humanitar addımından sonra sözügedən donor təşkilatlar da Azərbaycanda minatəmizləmə işinə  ciddi dəstək verəcək", - deyə R.Kərimoğlu qeyd edib.

QAZİLER.AZ

 

Diaspora