"Erməni təxribatlarına son qoymağın həll yolu Söyüdlü yatağını tam nəzarətə götürməkdir".
Qaziler.az xəbər verir ki, bu fikirləri politoloq Asif Nərimanlı mayın 11-də Ermənistan-Azərbaycan şərti sərhədində baş verən silahlı toqquşmaya münasibətində bildirib:
"Ermənistanın Zod (Söyüdlü) istiqamətində təxribat hücumu nəticəsində başlayan döyüşlər davam edir. Ermənilər İran dronlarından istifadə etməklə döyüşün miqyasını genişləndirməyə çalışırlar.
Ordumuz cavab tədbirləri həyata keçirir. Belə görünür, sərhədin bu istiqamətində davamlı erməni təxribatlarına son qoymağın həll yolu Söyüdlü yatağını tam nəzarətə götürməkdir".
QAZİLER.AZ