"İkinci Qarabağ müharibəsindən sonra Bakıda Hərbi Qənimətlər Parkının salınması və orada erməni hərbçilərinin maketlərinin yerləşdirilməsi də Azərbaycanın daxili işi idi, ancaq İrəvanın bundan şikayət etmədiyi, donos yazmadığı beynəlxalq təşkilat və dövlət qalmadı".
Qaziler.az bildirir ki, bu fikirlər Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğluna məxsusdur. Politoloq Ermənistan-Türkiyə münasibətlərinə mənfi təsir edən "Nemezis" abidəsinin qoyulmasını şərh edib:
"İrəvanda bu ilin aprelin 25-də “Nemezis” terrorçularına qoyulan abidə Ermənistan-Türkiyə münasibətlərində gərginlik yaradıb. Halbuki, iki ölkə arasında danışıqlarda irəliləyiş əldə edilmiş və İrəvan sərhədin açılmasına ümidliydi. Ancaq məlum abidə normallaşma prosesini əngəlləyib. Ankara dialoqun uğurla davam etməsi üçün İrəvandan həmin abidənin götürülməsini tələb edib. Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan isə bildirib ki, abidənin qoyulması Ermənistanın daxili işidir, yəni götürməyəcəklərinə işarə edib.
İkinci Qarabağ müharibəsindən sonra Bakıda Hərbi Qənimətlər Parkının salınması və orada erməni hərbçilərinin maketlərinin yerləşdirilməsi də Azərbaycanın daxili işi idi, ancaq İrəvanın bundan şikayət etmədiyi, donos yazmadığı beynəlxalq təşkilat və dövlət qalmadı. Həmin maketləri yenidən parka qaytarmaq lazımdır, nə zaman onlar “Nemezis” abidəsini ləğv edərlər, biz də maketləri yığışdırarıq.
Unutmayaq ki, erməni terrorçuları 100 il əvvəl Azərbaycanın da tanınmış siyasi xadimlərini qətlə yetiriblər".
QAZİLER.AZ