İrəvan meriyası "Nemezis" abidəsini sökmək niyyətində deyil.
APA xəbər verir ki, İrəvan meriyası bu barədə “Azadlıq” radiosunun erməni xidmətinə Ermənistanın hava məkanını bağlayandan sonra hakimiyyətin abidəni sökməyə hazır olub-olmaması və bununla bağlı Türkiyədəki səsləndirilən fikirlərə cavab olaraq bildirib.
Xatırladaq ki, rəsmi Ankara və Bakı İrəvanda "Nemezis" abidəsinin qoyulmasını pisləyib. Türkiyə buna cavab olaraq öz hava məkanını üçüncü ölkələrə uçan Ermənistan aviaşirkətlərinin təyyarələri üçün bağlayıb. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, abidə sökülməsə, müvafiq addımlar atılacaq.