Minaların təmizlənməsi və müharibənin təsirinə məruz qalmış ərazilərin yenidənqurulması və bərpası məqsədilə yaradılmış “Sülhün Kökləri” (Roots of Peace) beynəlxalq humanitar təşkilatının təsisçisi və rəhbəri Heidi Kühnün Azərbaycanın Minatəmizləmə Agentliyinin (ANAMA) və Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) təşkilatçılığı ilə Azərbaycana səfəri başlayıb.
Səfərdə iştirak edən Azərbaycan Minalardan Zərərçəkənlər Assosasiyasının rəhbəri Rey Kərimoğlu Qaziler.az-a bildirib ki, onlar hazırda işğaldan azad edilmiş Füzuli rayonundadırlar. R.Kərimoğlunun verdiyi məlumata görə, Füzulinin Aşağı Əbdülrəhmanlı kəndindən olan qadınlar Beynəlxalq Analar Günü münasibətilə dünya qadınlarına müraciət ediblər.
Müraciətdə deyilir:
"Əziz analar, bacılar!
Hörmətli xanımlar!
Biz sizə qocaman Qafqazın Qarabağ diyarından, yüz illər boyunca ən böyük arzusu sülh, dinclik, təhlükəsiz həyat olan Azərbaycan qadınları ilə birlikdə müraciət edirik. Çağırışımız səbəbsiz deyil, dünyanın mütərəqqi ictimaiyyəti sülh naminə gərgin mübarizə aparsa da təəssüf hissi ilə qeyd edirik ki, dünyanın qaynar nöqtələrində artan qeyri-humanist təzyiqlər insanlığı, gələcək nəsilləri və dünyamızı təhdid etməkdədir. Hər il dünya üzrə on minlərlə insan mina və müharibənin mənfi təsirlərindən əziyyət çəkir, fəlakətli partlayışların qurbanına çevrilir. Əgər yer kürəsinin 60-dan çox ölkəsində torpağın sinəsinə sancılan 60 milyondan çox mina öz qurbanını gözləyirsə buna necə soyuqqanlı yanaşmaq olar?! Əlbəttə qətiyyən olmaz. İndi çoxsaylı dövlətlər, politoloqlar, təhlilçilər, mətbuat tərəfindən bəyan edilir ki, minalarla ən çox çirkləndirilmiş ölkələrdən biri də Azərbaycandır. Uzun illər işğal altında olan Qarabağ torpaqlarının az qala hər qarışı minalanıb. Nə yazıq ki, mina təhlükəsi hələ də torpağın alt qatında gizlənsə də ölüm saçan bu silahların nə zamansa baş qaldıracağı açıq-aşkar hər kəsə bəllidir.
Əziz qadınlar, biz dərin ürək ağrısı ilə bildiririk ki, 2020-ci il Azərbaycan və Ermənistan arasındakı İkinci Qarabağ müharibəsinin taleyini həll edən 10 noyabr razılaşmasından indiyədək Azərbaycanda 301 nəfər mina hadisəsinin qurbanına çevrilmişdir. Minanın hansı koordinatda partlamasından, fəlakətə düçar olanın kimliyindən asılı olmayaraq bütün hallarda dərdi qazanan Azərbaycanın anaları, qadınlarıdır. Onlar özləri də mina təhlükəsi ilə qarşılaşmaq azmış kimi qardaş, ər, övlad itirir, əlil ailə üzvlərinin sayı get-gedə artır. Hər mina partalayışından sonra məhz biz anaların ah-naləsi, çığırtısı da ərşə qalxır. Partalayan hər mina bir ailənin və bir ananın həyatını, xoşbəxtçiliyini və gələcəyə ümidlərini qəhr edir.
Bu gün burada, Beynəlxalq Analar günündə Qarabağda, Füzuli rayonunda, Aşağı Əbdürrahmanlı kəndində Azərbaycanlı analar ilə birlikdə dünya qadınlarına səslənirik. Bəşəri mina probleminin təkcə Azərbaycanın deyil, o cümlədən digər ölkələrin də dərdi olduğunu və bu problemə səssiz qalmağın daha çox canımızı ağrıdacağını dünya ictimaiyyətinə çatdırmağı özümüzə borc bilirik. Eyni zamanda, belə bir məsuliyyətli mərhələdə razılıq hissi ilə qeyd edirik ki, “Sülhün Kökləri” təşkilatı bu gün Azərbaycanda da öz toxumlarını yetişdirir və o, yerli tərəfdaşı olan Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) ilə birlikdə “Minalardan Üzümlüklərə” ideyasını bu kənddə inkişaf etdirməyə qərar vermişdir. Bizimlə birgə olan azərbaycanlı anaların qatqısı ilə biz burada “Sülhün Əkilməsi” kampaniyasına başlayaraq minaların cəngindən xilas edilmiş sahələrə sülh toxumları səpəcəyik.
Biz sülh istəyirik! Biz uşaqlarımızın, oğullarımızın, qızlarımızın və gələcəyimizin sağlam olmasını istəyirik! Sağlam gələcək üçün minasız həyat və sülh! Bizim ali niyyətimiz sülhdür. Ümid edirik ki, dünyanın sülhsevər qadınları səsimizə səs verəcək və qadınların həmrəyliyi ilə Azərbaycanda, eləcə də yer üzündə sonuncu mina məhv ediləcək, yer üzü təhlükəsiz, başdan-başa sülhün bərqərar olduğu gülüstana çevriləcək!"
Heidi Kuhn ___________________ Ayseba Mirzayeva ___________________
“Sülhün Kökləri” təşkilatının Beynəlxalq Avrasiya Mətbuat Fondunun
Qurucusu və rəhbəri Himayəçilik şurasının üzvü
1 Mehdiyeva İmarət ______________ 20 Həşimova Almaz ______________
2 Şirinova Nübar ______________ 21 Məmmədova Cəmalə ______________
3 Cəfərova Eyzangül ______________ 22 İsmayılova Yeganə ______________
4 Zeynalova Zülfiyyə ______________ 23 Cəfərova İlahə ______________
5 Məmmədova Sahibə ______________ 24 Hallacova Mədinə ______________
6 Mustafayeva Nailə ______________ 25 Məmmədova Tamella ______________
7 Rəsulova Fidan ______________ 26 Hallacova Atlas ______________
8 Süleymanova Səidə ______________ 27 Ələkbərova Rəfiqə ______________
9 Məmmədova Yaqut ______________ 28 Əliyeva Ləman ______________
10 Balayeva Hüsniyyə ______________ 29 Aslanova Solmaz ______________
11 Balayeva Gülxar ______________ 30 Mustafayeva Bəyim ______________
12 Məmmədova Nazifə ______________ 31 Əliyeva Kifayət ______________
13 Qasımova Nazilə ______________ 32 Məmmədova Solmaz ______________
14 Əliyeva Aidə ______________ 33 Məmmədova Narın ______________
15 Şirinova Şəlalə ______________ 34 Əliyeva Təhminə ______________
16 Qasımova Təranə ______________ 35 Şirinova Nəzakət ______________
17 Şirinzadə Gülşanə ______________ 36 Adilzadə Şəbnəm ______________
18 Hüseynova Ayşən ______________ 37 Alışova Səbinə ______________
19 Vüsalə Balayeva ______________ 38 Şükürova Şura ______________
QAZİLER.AZ