Türkün yolu Türk Dövlətləri Təşkilatından, Orta dəhlizdən, Zəngəzurdan, Qarabağdan keçər.
Trend-in məlumatına görə, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Antalyada iş adamları ilə görüşdə bildirib.
"Prezident seçkilərində namizəd, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu bir xəritəylə çıxdı, həmin xəritədə Can Azərbaycandan yan keçdi. Sizin Azərbaycanla nə dərdiniz var? Tarixdən bu yana “CHP”li zihniyyətin azərbaycanlı qardaşlarımızla bir dərdi var", - deyə M. Çavuşoğlu bildirib.