ABŞ səfirliyindən gözlənilən Əliyev-Paşinyan görüşünə MÜNASİBƏT

ABŞ səfirliyindən gözlənilən Əliyev-Paşinyan görüşünə  MÜNASİBƏT backend

ABŞ-nin Bakıdakı səfirliyi Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə keçirilməsi gözlənilən görüş barədə açıqlama yayıb.

Oxu.Az-ın məlumatına əsasən, ABŞ səfirliyi mayın 14-də keçiriləcək görüşlə bağlı xəbəri alqışladığını bildirib.

“Mayın 14-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa Şurasının Prezidenti Şarl Mişel arasında keçiriləcək görüş xəbərini alqışlayırıq”, - deyə səfirlik bildirib.

Qeyd olunub ki, bu görüş Vaşinqtondakı danışıqlardan sonra gələcək irəliləyişə zəmin yaradan mühüm bir fürsətdir.

Xatırladaq ki, nüfuzlu “Financial Times” nəşri Azərbaycan və Ermənistan liderlərinin bu həftəsonu Brüsseldə sülh danışıqlarını bərpa edəcəklərini yazıb.

Bildirilib ki, Qərb müttəfiqləri son hərbi əməliyyatlardan sonra tərəflər arasında vasitəçilik səylərini gücləndirirlər.

İki rəsmi şəxsin məlumatına görə, üç lider həmçinin iyunun 1-də daha bir görüş keçirməyi planlaşdırır.

Görüşün Moldovada Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Almaniya Kansleri Olaf Şolts və Fransa Prezidenti Emmanuel Makronla keçirilməsi nəzərdə tutulur.

Diaspora