Cənubi Qafqazda vəziyyət hələ də həssasdır. Buna səbəb də Ermənistanın səmimi addım atmamasıdır.
Trend-in məlumatına görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün Antalya Ticarət Birjasında çıxışı zamanı deyib.
O qeyd edib ki, Ermənistan Türkiyə və Azərbaycanın atdığı addımlara səmimi qarşılıq vermir.
"Bu səbəbdən gərginliklər ara-sıra artır", - nazir əlavə edib.
M.Çavuşoğlu enerji layihələrindən də danışıb:
"Qarşımıza çox önəmli fürsətlər çıxır. Orta dəhlizin əhəmiyyəti artıb. Xüsusilə enerji təhlükəsizliyi baxımından hazırda şərqi Avropa, cənub-şərqi Avropa, Balkan ölkələri başda olmaqla Avropaya qaz tədarükünə başladıq. Azərbaycandan gələn TANAP boru xəttinin tutumunu ikiqat artırırıq", - deyə M. Çavuşoğlu qeyd edib.