Ermənistanın baş naziri Nikol Paşinyan gələn həftə Moskvaya gedəcək. O, bu barədə Praqada Transatlantik Münasibətlər Mərkəzində çıxışı zamanı bildirib.
Qaziler.az TASS-a istinadla onun fikirlərini sitat gətirir:
“Vəziyyət (Ukraynada) tamamilə gözlənilməzdir, bir aydan sonra nə olacağını proqnozlaşdıra biləcək analitik, politologiya strukturu yoxdur. Mən yalnız bir şeyi dəqiq deyə bilərəm ki, gələn həftə Moskvaya gedəcəm”, - Ermənistanın baş naziri Ukrayna münaqişəsinə mövqeyi ilə bağlı sualı cavablandırarkən deyib.
QAZİLER.AZ