Paşinyan Bakı ilə sülhün bağlanmasına mane olan səbəbləri açıqlayıb

Paşinyan Bakı ilə sülhün bağlanmasına mane olan səbəbləri açıqlayıb backend

"Ərazi bütövlüyü ilə bağlı ifadələrə görə Bakı ilə sülh müqaviləsi bağlamaq mümkün deyil".

Qaziler.az TASS-a istinadla xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Praqada Transatlantik Münasibətlər Mərkəzində keçirilən görüşdə deyib.

Paşinyan Ermənistanın ərazi bütövlüyü ilə bağlı çətinliklər yarandığı üçün Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanmasının mümkün olmadığını bildirib. O, qeyd edib ki, işçi sənəddə konkret sahənin – 29.800 kvadrat km göstərilib.

“İndiyədək Ermənistanın 29 800 kvadrat km. ərazi bütövlüyünün tanınması ilə bağlı Azərbaycanla belə mətnli ifadələrlə razılaşmaq mümkün olmayıb. Hələlik sülh müqaviləsinin mətninin təfsirindəki fikir ayrılıqlarının aradan qaldırılması mexanizmləri barədə razılığa gəlmək mümkün olmayıb”, - Paşinyan deyib.

QAZİLER.AZ

Diaspora