İrəvanda “Nemezis” abidəsinin açılması Ermənistan hakimiyyətinin rəsmi mövqeyini əks etdirmir.
Qaziler.az xəbər verir ki, bunu Ermənistan Parlamentinin sədri Alen Simonyan Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopla görüşü zamanı bildirib.
M. Şentop görüşün müsbət keçdiyini bildirib: “O, Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına dair prosesin müsbət iləriləməsi üçün səy göstərəcəklərini bildirib. Biz isə ümid edirik ki, Cənubi Qafqazda sülh və sabitlik bərqərar olur. Bu indiki zamanda bölgəmiz üçün çox önəmlidir”.
APA