"Heç Hitlerin ordusu Kremlə zərbə endirə bilməyib..." - Dronla hücumun iki məqsədi

"Heç Hitlerin ordusu Kremlə zərbə endirə bilməyib..." - Dronla hücumun iki məqsədi backend

"Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun iddiasına əsasən Kremlə dronlarla hücum etmək qərarı ABŞ-da verilibsə, demək Rusiya üçün durum vahimdir".

Qaziler.az xəbər verir ki, bu haqda Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu açıqlamasında qeyd edib. O, vurğulayıb ki, İkinci Dünya müharibəsi zamanı heç Hitlerin ordusu Moskvaya xeyli yaxınlaşmasına rəğmən, Kremlə zərbə endirə bilməyib, çünki Moskvanın hava məkanı ciddi qorunurdu:

"Şübhəsiz, Vaşinqton Rusiyanın Ukraynaya qarşı işğalçı müharibədən zəif düşməsi üçün var gücüylə çalışır, Kremli cəzalandırmağın planları qurulur. Halbuki, “ABŞ Kremlə PUA hücumunda iştirak etmir” deyən Ağ Evin Milli Təhlükəsizlik Şurasının rəsmi nümayəndəsi Con Kirbi Vaşinqtonun bu məsələdə əli olmadığını vurğulayıb.

Bütün hallarda Kremlin təpəsini vuranların iki məqsədi olub. Birinci məqsəd, müharibənin Rusiya ərazisinə keçdiyinə eyham vurulub. İkinci məqsəd, zərbəyə cavab olaraq Rusiyanın reaksiya gücünü öyrənmək istəyiblər. Ukraynada işğalçı müharibə davam etdikcə Rusiya daha çox naməlum gələcəyə doğru irəliləyəcək".

QAZİLER.AZ

Diaspora