Ermənistan ərazi iddialarının olmadığını bəyan etməlidir - Nikol Paşinyan

Ermənistan ərazi iddialarının olmadığını bəyan etməlidir - Nikol Paşinyan backend

Ermənistanın baş naziri Paşinyan Azərbaycana qarşı tutmalı olduqları münasibətdən danışıb. "Əks halda, dövlət sahibi olmağımıza mane olacaqlar”, - Paşinyan bildirib.

Qaziler.az bildirir ki, bu barədə Türkiyə mətbuatı yazıb.

"Rəsmi Bakı Laçın dəhlizinin başlanğıc nöqtəsində sərhəd-keçid məntəqəsi yaradıb.

Ermənistanın təxribatlarının qarşısını almaq istəyən Azərbaycan erməni qüvvələrinin dəhlizdən silah keçirdiyini bildirir.

Sözügedən nəzarət-buraxılış məntəqəsi Ermənistandan Azərbaycan ərazisində qanunsuz erməni silahlı birləşmələrinə canlı qüvvə, sursat, mina və digər hərbi texnikanın daşınmasının qarşısını almaq və Ermənistan tərəfindən həmin yerdə inşa edilmiş sərhəd-keçid məntəqəsinə cavab olaraq yaradılıb.

Ermənistanın baş naziri Nikol Paşinyan gərginləşən münasibətlərdən sonra diqqətçəkən açıqlamalar verib.

Paşinyan bildirib ki, Ermənistan nəinki ərazi ambisiyalarının olmadığını, hətta belə bir məqsədinin olmayacağını bəyan etməlidir:

Bizim mövqeyimiz belədir: Ermənistan bəyan etməlidir ki, onun ərazi ambisiyaları yoxdur və olmayacaq. Bu, bizə dövlətə sahib olmaq imkanı verəcək yeganə prinsipdir.

Paşinyan belə davam edib:

Əks halda dövlət sahibi olmamızın qarşısını almaq üçün hər tərəfdən hər şey edəcəklər", - deyə Türkiyə mətbuatı yazıb.

 

QAZİLER.AZ

 

 

Diaspora