Paşinyan: “İyunun 1-də sülh müqaviləsi imzalansa, şad olaram”

Paşinyan:  “İyunun 1-də sülh müqaviləsi imzalansa, şad olaram” backend

“İyunun 1-də Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalansa, şad olaram”.

“Report” xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

Mayın 3-də parlamentdə “Ermənistan” fraksiyasından olan deputat Qeqam Manukyan baş nazirə ABŞ-Azərbaycan-Ermənistan, habelə Rusiya-Azərbaycan-Ermənistan rəsmiləri arasında üçtərəfli görüşlə bağlı sual verib.

Deputatın sualına cavab olaraq Nikol Paşinyan bildirib ki, onun artıq parlamentə təqdim etdikləri Vaşinqtonda müzakirə olunur.

“Masada Ermənistan-Azərbaycan sülh müqaviləsi ilə bağlı təkliflər sənədi var. Mən Xarici İşlər Nazirliyinə tapşırdım ki, sizi Azərbaycanın və Ermənistanın təklifləri ilə, bu sənədlə tanış etsin, siz istəmədiniz”, - baş nazir vurğulayıb.

Müxalifətdən olan deputat həmçinin Praqada keçirilən görüş formatında, Vaşinqtonda müzakirə olunan sənəd əsasında iyunun 1-də Kişinyovda Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının mümkün olub-olmadığını soruşub.

"Belə olsaydı, çox sevinərəm. Bunlar pis xəbər deyil, yaxşı xəbərlərdir. Danışıqlar davam etdiyi üçün deyəcəyim hər hansı müsbət və ya mənfi şərh onların gedişatına təsir edəcək. Mən Vaşinqtona səfər edən rəsmilərə dedim ki, sərbəst danışıqlar aparsınlar və ictimaiyyətə açıqlanan fikirlərimiz çərçivəsində vurğuladım - siz bilməlisiniz ki, Azərbaycanla danışıqlar apardığınız sənədi mən imzalayacam”.

Diaspora