"Kremlin üstündə Ukraynaya məxsus olduğu deyilən iki dronun vurulması xəbəri 1989-cu ildə Qərbi Almaniya vətəndaşının kiçik mühərrikli təyyarəni Kreml meydanına endirməsini yadıma saldı".
Qaziler.az xəbər verir ki, bu fikirlər jurnalist Aydın Quliyevə məxsusdur.
"SSRİ imperiyasının çöküşünə başlanğıc olmuş hadisələrdən biri bu oldu... Kiçik təyyarə " məğlubedilməz " SSRİ-nin hava sərhədlərinin keçilməzlik mifini məhv etdi.
Bəs Ukraynaya məxsus olduğu deyilən dronlar nə etdi və ya edəcək?
Ya bəlkə indiki dronlar Rusiyanın özünün düzüb- qoşduğu hansısa əməliyyatın hissəsidir?"
QAZİLER.AZ