Rusiya ABŞ və Qərbin Ukraynaya olan inamını zəiflətməyə çalışır - ŞƏRH

Rusiya ABŞ və Qərbin Ukraynaya olan inamını zəiflətməyə çalışır - ŞƏRH backend

Kremlin vurulmasının arxasında Kiyevdən daha çox, Moskva görünür:

- Rusiya ictimai rəyinə Ukraynada itkilər hesabına olsa da, aparılan müharibənin lazımlılığı bir daha göstərilir;

- Rusiyanın Kiyevə zərbələr endirməsi legitimləşdirilir: Dövlət Dumasında Zelenskinin ofisinin vurulması çağırışları edilib;

- ABŞ başda olmaqla Qərb cəbhəsinə Ukraynanın onların istəyinin əksinə olaraq, müharibənin arealını genişləndirdiyi mesajı verilir, bununla Kiyevə olan inamı zəiflətməyə çalışırlar;

Təkcə zərbələrin effektsiz olması yox, nəticələr də hücumda diqqəti Kremlin üzərinə cəmləyir.

Bu hücumun 9 may paradından öncə olması da təsadüfi deyil: bəllidir ki, Putin paradda müharibənin vacibliyindən və yeni hədəflərdən danışacaq, Kremlə hücum onun arqumentlərini gücləndirən amildir;

Politoloq Asif Nərimanlı

QAZİLER.AZ

Diaspora