Laçın yolunda ekofəallarımız Ermənistanın separatçı və revanşist planlarına sarsıdıcı zərbə vurdular. Ekofəallar Laçın yolunda "KPP" yaradılandan sonra aksiyanı şərtlə dayandırdılar.
Ekofəalların şərti Xankəndi yaxınlığında təbii ehtiyatlarımızın qanunsuz istismarına son qoyulması və Azərbaycanın müvafiq dövlət qurumlarına monitorinq imkanı yaradılmasından ibarətdir. Ekofəallar rus sülhməramlı komandanlığının boynuna məsuliyyət qoydular. Əgər sülhməramlılar şərtə əməl etməsələr, ekofəalların aksiyası yenidən bərpa oluna bilər. Bu mənada ekofəalların aksiyasının dayandırılması qərarı müvəqqəti də ola bilər.
Ekofəalların 138 gün əvvəl aksiyaya başlaması və bu gün könüllü olaraq aksiyanı dayandırmaları Azərbaycanda dövlət və ictimai mənafelərin vəhdət halında olduğunu bir daha sübut etdi. Sübut olundu ki, vətəndaş cəmiyyəti qurumları dövlətimizin siyasətini dərindən anlayır, dövlət isə öz növbəsində vətəndaş cəmiyyətinin mütərəqqi hərəkatlarına zamanında lazımi dəstəyini verir.
Vətən müharibəsində dövlət, cəmiyyət və ordunun vəhdəti necə həlledici oldusa, Laçın yolunda da dövlət və cəmiyyətin həmrəyliyi eyni dərəcədə qələbə faktoruna çevrildi.
" Azərbaycan vahiddir və öz taleyinə sahibdir!! MÖHTƏŞƏM,MÖHTƏŞƏM..."
Politoloq - jurnalist Aydın Quliyev
QAZİLER.AZ