Dayandırılan etirazın Azərbaycan üçün strateji baxımdan 3 ƏSAS ƏHƏMİYYƏTİ

Dayandırılan etirazın Azərbaycan üçün strateji baxımdan 3 ƏSAS ƏHƏMİYYƏTİ backend

"Laçın-Xankəndi yolunda etirazın müvəqqəti dayandırlması doğru qərardır. Laçın yolunun başlanğıcında sərhəd-keçid məntəqəsi yaradıldıqdan sonra etirazın davamına ehtiyac qalmırdı. Etirazın strateji baxımdan Azərbaycan üçün böyük faydası oldu".

Qaziler.az xəbər verir ki, bu fikirləri Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu açıqlamasında qeyd edib. O, artıq dayandırılan ekoaksiyanın Azərbaycan üçün əhəmiyyətini 3 bənddə belə sadalayıb:

"Birincisi, erməni separatçılarının və İrəvanın bölgədə yerləşən Rusiya hərbi kontingentinə olan böyük ümidləri puça çevrildi. Ümid edirdilər ki, rusiyalı hərbçilər etirazı ilk gündən dayandıracaqlar. Rusiya hərbi kontingenti Kremldən aldığı təlimat əsasında Azərbaycan vətəndaşlarıyla qarşıdurmadan çəkindi.

İkincisi, etiraz başladıqdan sonra ermənilər yataqlarımızda istismar etdikləri zənginlikləri artıq istədikləri kimi Emənistana daşıya bilmirdilər. Əlbəttə, Rusiyanın nəqliyyat vasitələrində gizli daşınma davam edə bilərdi, ancaq əvvəlki həcmdə daşımaq ermənilər üçün riskli idi.

Nəhayət, üçüncüsü, gənclərin yoldakı etirazı Laçın yolunun başlanğıcında sərhəd-keçid məntəqəsinin yaradılmasını aktuallaşdırdı və buna nail olundu. 138 gündür ağır iqlim şəraitində, qarda və yağışda etiraz edən gənclərimizə böyük təşəkkür düşür! Əziyyətiniz hədər getmədi!"

QAZİLER.AZ

Diaspora