Biz Lavrova göstərdik ki, Azərbaycana kimsə mane ola bilməz - Elxan Şahinoğlu

Biz Lavrova göstərdik ki, Azərbaycana kimsə mane ola bilməz - Elxan Şahinoğlu backend

Rusiya xarici İşlər nazirinin müavini Mixail Qaluzin 27 apreldə ayrı-ayrılıqda Azərbaycan və Ermənistan səfirləri ilə görüşüb. Nazir müavininin səfirlərlə müzakirə etdiyi mövzular içərisində Laçın-Gorus yolundakı vəziyyət də olub.

Aydındır ki, bu görüş Rusiya xarici işlər naziri Sergey Lavrovun təlimatıyla reallaşıb. Ermənistanın hakimiyyət mənsubları Qarabağa aid bütün məsələlərə görə Rusiyanın məsuliyyət daşıdığını iddia edirlər. Baş nazir Nikol Paşinyan və onun komandası Kremlin Azərbaycanın Laçın yolundakı sərhəd-keçid məntəqəsinin qarşısını alması gərəkliyini iddia edirlər. İrəvan bunu Rusiyanın hərbi kontingentinin Qarabağda yerləşməsi məntiqiylə əlaqələndirir. Kreml Azərbaycanla qarşıdurmada maraqlı deyil və sərhəd-keçid məntəqəsinin fəaliyyətinə mane olmaq istəmir. Bu İrəvanda və Qarabağ separataçıları arasında Kremllə bağlı növbəti məyusluq yaradıb.

Buna baxmayaraq, Moskva fəallıq görüntüsü yaratmalıdır. Rusiya xarici işlər naziri Sergey Lavrov fevralın 23-də Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında jurnalistlərin suallarına cavab olaraq “Laçın dəhlizində nəzarət-keçid məntəqəsinin yaradılması nəzərdə tutulmur” cümləsini işlətmişdi. Biz Lavrovun sözlərinin əksinə olaraq göstərdik ki, Laçın yolunun başlanğıcında sərhəd-keçid məntəqəsinin yaradılması Azərbaycanın suveren hüququdur və buna kimsə mane ola bilməz. Lavrov məlum açıqlamasına görə ermənilər qarşısında pis vəziyyətdə qalmasın deyə müavininə səfirlərlə görüş keçirməyi tapşırıb. Diplomatlar fikir mübadiləsi aparıblar və dağılışıblar. Bundan başqa Lavrov Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskvada görüşünü təşkil etmək istəyir. Bu görüş mövcud durumu dəyişə bilməyəcək. Ermənilər və onların arxasındakı güclər sərhəd-keçid məntəqəsinə alışacaqlar.

Politoloq Elxan Şahinoğlu

QAZİLER.AZ

Diaspora