"Azərbaycan ilk növbədə silahlı erməni birləşmələrinin ləğvini tələb etməlidir".
Qaziler.az bildirir ki, bunu politoloq Məhəmməd Əsədullazadə may ayında Xankəndində erməni icmasının nümayəndələri ilə nəzərdə tutulan danışıqlarla bağlı öz feysbuk hesabında yazıb.
"Xankəndində erməni icmasının nümayəndələri may ayında mərkəzi hakimiyyətlə danışıqlara razılıq verib. Bu danışıqlar Rusiya sülhməramlı qüvvələrinin nümayəndəsinin iştirakı olmadan keçiriləcək.
Laçın yolunda Nəzarət Buraxılış məntəqəsinin qurulması və Rusiya sülhməramlı qüvvələrinin separatçıların istəklərini doğrultmaması çıxış yolunun rəsmi Bakı ilə danışıqlarda görürlər. Azərbaycan ilk növbədə silahlı erməni birləşmələrinin ləğvini tələb etməlidir", - deyə politoloq bildirib.
QAZİLER.AZ