"Qarabağ qaziləri"ndən ABŞ və Fransanın bəyənatlarına SƏRT REAKSİYA

"Qarabağ qaziləri"ndən ABŞ və Fransanın bəyənatlarına SƏRT REAKSİYA backend

Bildiyimiz kimi Azərbaycan Dövlət Sərhəd Xidməti 23 aprel saat 12 radələrində Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd məntəqəsi qurub. Azərbaycan üçün əlamətdar olan hadisəni ermənipərəst Fransa yayımladığı bəyanatda pisləyib, ABŞ isə narahat olduğunu bildirib. Azərbaycan XİN Laçın dəhlizində sərhəd-buraxılış məntəqəsinin qurulmasını “pisləyən” bəyanatı ilə bağlı cavabında deyib ki, “Azərbaycan tərəfindən öz suveren ərazisində sərhəddə nəzarət-buraxılış məntəqəsi təsis edilməsi ölkəmizin suveren və legitim hüququdur”.

Qaziler.az xəbər verir ki, məsələ ilə bağlı “Qarabağ qaziləri” İctimai Birliyinin sədri Asəf Əliyev də saytımıza sözügedən bəyanatı pisləyən açıqlama verib: 

““Qarabağ qaziləri” İctimai Birliyi bəyan edir ki, həmin ərazilər Azərbaycanın suveren, BMT-nin tanıdığı hüquqi ərazilərdir. O cümlədən, ABŞ-nin, Fransanın Azərbaycanın ərazisi kimi tanıdığı torpaqlardır. Biz bu cür bəyanatları pisləyirik, yolverilməzdir. Təəssüflər olsun ki, Amerika kimi ədalət carçısı olan böyük bir dövlət də Fransa kimi avantürist bir dövlətlə eyni fikirdədir. “Qarabağ qaziləri” bir daha bəyan edir ki, Azərbaycan dövləti tam qanuni, beynəlxalq hüququn müddəalarına və  prinsiplərinə riayət edərək, qanun çərçivəsində davranır. Dövlətimizi dəstəkləyirik və dövlətimizin yanındayıq! Fransa və ABŞ-nin bu cür bəyanatlarını qəti şəkildə pisləyir və etirazımızı bildiririk”.

Qeyd edək ki, XİN-in aprelin 23-də axşam yaydığı bəyanatda Fransanın Azərbaycanın Laçın dəhlizinin girişində nəzarət-buraxılış məntəqəsi qurmasını pislədiyini, bunun atəşkəs sazişi çərçivəsində götürülmüş öhdəliklərə zidd olduğunu və danışıqlar prosesinə zərər verdiyini qeyd edib.

ABŞ Dövlət Departamentinin rəsmisi Vedant Patel qeyd edib ki, ABŞ “Azərbaycanın Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsi yaratmasının sülh prosesinə etimadın yaradılması səylərini sarsıtmasından dərin narahatdır.”

QAZİLER.AZ
 

Diaspora