Spiker: Matveyçev başa düşməli idi ki, bu cür bəyanatlar Rusiyanın vasitəçilik fəaliyyətinə kölgə salır

Spiker: Matveyçev başa düşməli idi ki, bu cür bəyanatlar Rusiyanın vasitəçilik fəaliyyətinə kölgə salır backend

İnformasiya fəaliyyətində iştirak edən rəsmi şəxs kimi Oleq Matveyçev regiondakı vəziyyətə daha aydın baxışa malik olmalı, həmçinin başa düşməli idi ki, bu cür bəyanatlar Rusiya Federasiyasının vasitəçilik fəaliyyətinə kölgə salır.

QAZİLER.AZ APA-ya istinadən xəbər verir ki, bu barədə Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinə ünvanladığı məktubunda bildirib.

Milli Məclisin sədri xatırladıb ki, Vyaçeslav Volodinlə son görüşləri zamanı regiondakı vəziyyəti ətraflı müzakirə edib və Azərbaycanın regionda uzunmüddətli sülhün, sabitliyin və təhlükəsizliyin bərqərar olması ilə bağlı səyləri, habelə Ermənistanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəalarını kobud şəkildə pozması barədə fikir mübadiləsi aparıb.

Xatırladaq ki, Rusiya Dövlət Dumasının İnformasiya siyasəti, informasiya texnologiyaları və rabitə komitəsinin sədr müavini Oleq Matveyçev “Rusarminfo” Rusiya-Ermənistan xəbər agentliyinin efirində Azərbaycan haqqında qərəzli fikirlər səsləndirib.

 

 

Diaspora