Erməni radikalların xoruna II Qaregin də qoşuldu...

Erməni radikalların xoruna II Qaregin də qoşuldu... backend

"Nikol Paşinyanın “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır” cümləsi erməni radikallarını qəzəbləndirib, sağa-sola açıqlamalar verirlər, bu xora bütün ermənilərin katolikosu II Qaregin də qoşulub".

Qaziler.az xəbər verir ki, bu fikirlər politoloq Elxan Şahinoğlunun açıqlamasında yer alıb. O bildirib ki, II Qaregin 2020-ci ilin dekabrında Paşinyanı istefa verməyə çağıran açıqlamasını təkarlayıb və istefayla bağlı tələbinin müddətsiz olduğunu vurğulayıb:

"Katolikos Ermənistanda vəziyyətin gərgin və təhlükəli olduğunu da sözlərinə əlavə edib. Bunlardan sonra Paşinyan geri çəkilib və onun ərazi bütövlüyü ilə bağlı fikirlərinin doğru anlaşılmadığını iddia edib. Paşinyan bir gün “Azərbaycanın ərazi bütövlüyünün tanınması Qarabağın Azərbaycanın ərazisi kimi tanınması anlamına gəlmir” kimi bir-birinə zidd fikir söyləsə gərək buna da təəccüblənməyək".

QAZİLER.AZ

Diaspora