Azərbaycan Xarici işlər naziri Elmar Məmmədyarov İsveçrə Konfederasiyasının səfiri Paskal Abişeri Azərbaycan Respublikasında diplomatik fəaliyyətinin bitməsi ilə əlaqədar qəbul edib.
Bu barədə XİN-dən Trend-ə verilən məlumatda bildirilir.Görüşdə Azərbaycan ilə İsveçrə arasında əlaqələrin inkişafı barəsində fikir mübadiləsi aparılıb.
Səfir Paskal Abişer diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.
Xarici işlər naziri Elmar Məmmədyarov səfir Paskal Abişerə gələcək fəaliyyətində uğurlar arzu edib.